DÜNYA ÖZ XƏBƏR

13 yaşlı qızını öldürən ata həbs olundu

Tekirdağda 44 yaşlı A.Y., sosial media hesabında intihar edəcəyini yazdığı üçün yaxınları tərəfindən polislərə məlumat verildi.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis və tibbi yardım əməkdaşları A.Y.'nin evinə göndərilib.

Evin qapıs açıldıqda, 13 yaşlı qızı Su Dilem Y.'nin həyatını itirdiyi məlum olub. A.Y. isə qolları kəsilmiş vəziyyətdə tapılıb və Çorlu Dövlət Xəstəxanasına aparılıb.

A.Y.'nin bir müddət əvvəl həyat yoldaşından ayrıldığı və sosial media hesabında keçmiş həyat yoldaşını günahlandıran bir paylaşım etdiyi aşkarlanıb.

Hastanədə müalicəsi tamamlanan A.Y., polis tərəfindən saxlanılıb. Şübhəli ata, ifadəsində qızını məktəbdən alıb evə gətirdiyini bildirib. O, qızının sosial media hesabında oğlan yoldaşı ilə yazışmalarını gördükdən sonra çox əsəbləşdiyini və onlarla mübahisə etdiklərini açıqlayıb. Daha sonra əsəbləşərək qızını divanda boğduğunu, ardından intihar etmək məqsədilə dərman içib və öz qollarını kəsdiyini deyib.

Emniyət işlərindən sonra məhkəməyə çıxarılan A.Y., məhkəmənin qərarı ilə saxlanılıb.

Nilay 

Oxşar Xəbərlər