Tailandda turist, küçə itini dənizə atdığı üçün həbs edilib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə, bu ayın əvvəlində Samui adasında, Surat Thani əyalətində baş verib. 7 fevralda yayılan videoda kişi, qorxmuş evsiz itini suya ataraq hər dəfə bayıra çıxmağa çalışan balaca iti yenidən dərinliyə göndərir.
Sosial şəbəkə istifadəçiləri, hakimiyyətdən cinayətkarı tapıb məsuliyyətə cəlb etməyi tələb ediblər. Videonun yayıldığı gündən sonra kişi etdiyi hərəkətə görə üzr istəyib və kamerasına açıqlama verərək bildirib ki, o, sadəcə olaraq itdən kəlbəcini təmizləməyə çalışırmış.
Polis cinayətkarın şəxsiyyətini müəyyən edib və onun Myanma vətəndaşı olduğunu açıqlayıb. Kişi həbs olunub və məhkəməyə verilib, orada ona 15 gün həbs cəzası verilib. 10 fevralda məlum olub ki, Tailandın miqrasiya bürosu kişinin vizasını ləğv edib və o, həbs müddətini tamamladıqdan sonra deportasiya ediləcək.
Ayxan