DÜNYA ÖZ XƏBƏR

ABŞ nadir torpaq sazişinin layihəsini Kiyevə təhvil verib

Kiyev Vaşinqtondan Ukraynanın nadir torpaq minerallarından istifadəyə dair saziş layihəsini alıb.

32gun.az bildirir ki, bu barədə Kiyev  prezidenti Vladimir Zelenski bildirib.

ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşdən sonra Kiyevdə keçirilən mətbuat konfransında Zelenski nadir elementlərin hasilatı sahəsində “tərəfdaşlıq” sazişinin “ilk layihəsi”nin alındığını açıqlayıb.

"Biz bu sənədi bu gün aldıq, biz onu öyrənəcəyik və hər şeyi edəcəyik ki, komandalarımız həqiqətən çox tez razılaşsın və bu sənədi imzalasınlar" dedi.

Zelenski ümid edir ki, saziş fevralın 14-dən 16-dək və ya daha əvvəl baş tutacaq Münhen Təhlükəsizlik Konfransında imzalanacaq.

Ayxan 

Oxşar Xəbərlər