Kocaelidə özlərini polis kimi təqdim edərək 1 milyon TL dəyərində qızıl-zinət əşyaları oğurlayan iki şübhəli tutulub.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızıl-zinət əşyaları oğurlayan iki şübhəli İstanbulda həyata keçirilən əməliyyatla saxlanılıb . Məhkəməyə sövq edilən iki şübhəli həbs olunub.
Kocaelinin Körfəz və Çayırova rayonlarında müxtəlif vaxtlarda özlərini polis kimi təqdim edən və vətəndaşları çaşdıraraq 1 milyon TL dəyərində qızıl-zinət əşyalarını ələ keçirən şübhəlilərin şəxsiyyətlərinin müəyyən edilməsinin ardından dünən İstanbul polisi tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı şübhəlilər MAU və KAY saxlanılıb. Əməliyyatları tamamlandıqdan sonra bu gün ədliyyəyə sövq edilən iki şübhəli tutularaq həbsxanaya göndərilib.
Nilay