DÜNYA ÖZ XƏBƏR

Avtobus tarixi qalanın divarına çırpılıb: Xəsarət alanlar var

Bitlisdə xüsusi xalq avtobusunun idarəetmədən çıxaraq qala divarına çırpılması nəticəsində 4 nəfər yaralanıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Bitlisin mərkəzində, Kalealtı küçəsində baş verib. Alınan məlumata görə, Bitlis qalasında 13 M 0033 dövlət nömrə nişanlı xüsusi xalq avtobusu təpədən enərkən qarın sürüşkən olması səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində divara çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Xəbərdarlıq üzərinə qəza yerinə 112 Təcili Sağlamlıq və polis qrupları sövq edilib, yaralılar Bitlis Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər