DÜNYA ÖZ XƏBƏR

Şolz Putin və Tramp danışıqlarını dəyərləndirib

Almaniya kansleri Olaf Şolz hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə Ağ Ev rəhbəri Donald Tramp arasında telefon danışığı aparılıb. 

32gun.az bildirir ki , bu barədə siyasətçi Berlində jurnalistlərə bildirib. 

"Prezident Tramp və Rusiya prezidentinin dünən birbaşa danışdıqları doğrudur", - kansler qeyd edib.

Şolz keçmişdə bir neçə dəfə Rusiya prezidenti ilə danışdığını da xatırladıb. Almaniya kansleri həmçinin qeyd edib ki, o, Trampın Ukraynadakı münaqişəyə tez bir zamanda son qoyulması ilə bağlı fikirləri ilə razıdır.

Fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub . İki dövlət başçısı arasında söhbət təxminən saat yarım davam edib. 

Ayxt

Oxşar Xəbərlər