Polşada idman zalında hücum: Nigeriyalı gənc 20 kq-lıq çəkiclə ziyarətçiyə hücum edib
Polşanın Katovitse şəhərində idman zalında hücum hadisəsi baş verib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Fevralın 12-də günün ikinci yarısında polisə naməlum səbəbdən bir şəxsin idman zalında məşq edən başqa bir kişiyə hücum etməsi barədə məlumat daxil olub.
Şahidlərin sözlərinə görə, hücum edən şəxs krossfit üçün nəzərdə tutulmuş 20 kiloqramlıq çəkici əlində tutub. Hadisə yerinə dərhal polis cəlb edilib və yüksək dərəcədə aqressiv olduğu bildirilən hücumçu – 21 yaşlı Nigeriya vətəndaşı saxlanılıb. Hücuma məruz qalan şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
Ayxan