DÜNYA ÖZ XƏBƏR

25 günlük körpəni küçəyə atan şəxsin anası olduğu məlum olub

Kocaelinin İzmit rayonunda 25 günlük körpəni küçəyə qoyan şəxsin körpənin anası olduğu öyrənilib. Polis qrupları tərəfindən aparılan iş nəticəsində tutulan şübhəli məhkəməyə sövq edilib. 

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün saat 10.30 radələrində Kozluk məhəlləsi, Mustafa Karakaş küçəsində baş verib. Küçədə tərk edilmiş körpəni görənlər vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlıq üzərinə ünvana sağlamlıq və polis qrupları sövq edildi. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlamalardan sonra körpə təcili yardımla Kocaeli Şəhər Xəstəxanasına aparılaraq müşahidə altına alınıb. Təxminən 25 günlük olduğu təxmin edilən və 2,5 kiloqram ağırlığında olan körpənin səhhətinin yaxşı olduğu öyrənilib.

Körpəni tərk edən şəxsi tapmaq üçün Kocaeli Təhlükəsizlik Müdirliyi Uşaq Şöbəsi qrupları bölgədəki təhlükəsizlik kameralarını araşdırdı. Araşdırma zamanı körpəni qadının tərk etdiyi müəyyən edilib. Polisin gördüyü işlər nəticəsində qadın Sakaryada tutularaq saxlanılıb. Polis idarəsində dindirilərkən körpənin anası olduğu üzə çıxan qadın, əməliyyatlardan sonra ədliyyəyə göndərilib.

Nilay 

Oxşar Xəbərlər