DÜNYA ÖZ XƏBƏR

Üç nəfər tərəfindən qaçırılıb, avtoservisdə vəhşicəsinə işgəncə ediblər

Voloqodada adam oğurluğu: Üç nəfər tanışlarını girov götürüb işgəncə verib

Rusiyanın Voloqoda şəhərində üç nəfər tanışlarını oğurlayaraq ona işgəncə verib.

32gun.az REN TV-yə itinadən xəbər verir ki, cinayətkarlar həmin şəxsin dəyərli məlumata sahib olduğunu düşünüb və onu danışdırmağa çalışıblar.

Onlar qurbanı iş yerinin qarşısında gözləyib, maşına mindirərək avtoservisə aparıblar. Orada müxtəlif alətlərdən istifadə edərək ona etiraf etdirmək üçün işgəncə veriblər.

Nəhayət, dözə bilməyən kişi onların eşitmək istədiklərini söyləyib. Azadlığa çıxan kimi polisə müraciət edib. Cinayətdə şübhəli bilinənlər hadisə yerində saxlanılıb.

Ayxan 

Oxşar Xəbərlər