Bilecik şəhərində Teyfikbey Caddesi üzərində uzun müddət gəzən Kürşat Ç. adlı şəxs, polis idarəsinin binasından cəmi 25 metr aralıda heç tanımadığı Mine Ö.-yə qəfil hücum edərək onu bıçaqlayıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayağından yaralanan qadın Bilecik İl Emniyet Müdürlüğü binasına qaçaraq sığınıb. Hadisə yerinə gələn polis şübhəlini dərhal saxlayıb. Yaralı qadın 112 Təcili Tibbi Yardım briqadasının ilkin müdaxiləsindən sonra Bilecik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Məhkəməyə çıxarılan Kürşat Ç. həbs edilərək Bilecik M Tipi Qapalı Həbsxanasına göndərilib. Onun məhkəmədə "Qış gəldi, həbsxanaya girməliydim" dediyi məlum olub.
Ayxan