DÜNYA ÖZ XƏBƏR

Müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürdü... Bu qətl qanunu dəyişəcək!

Cənubi Koreya, 8 yaşlı şagirdin müəllim tərəfindən ölümündən sonra "psixi problemləri" olan müəllimlərin məcburi məzuniyyətə çıxarılması kimi tədbirləri əhatə edəcək "qanunvericilik dəyişiklikləri"ni nəzərdən keçirəcəyini açıqlayıb.

32gun.az bildirir ki, bu barədə Yonhap məlumat verib.

Məlumata görə, Cənubi Koreyanın təhsil naziri Li Ju-ho ötən gün müəllimin şagirdini öldürməsindən sonra məsələ ilə bağlı danışıb.

Bu cür halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər üzərində çalışıldığını bildirən Li, "Psixi problemlər səbəbiylə vəzifələrini yerinə yetirməkdə çətinlik çəkən müəllimlər üçün məcburi məzuniyyət kimi tədbirlər görülməsi üçün qanunda dəyişiklik edəcəyik" ifadəsini işlədib.

İqtidar və müxalifət partiyaları da bu cür halların qarşısını almaq üçün qanunun dəyişdirilməsini tələb edirlər.

Cənubi Koreyanın Daejon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllim 8 yaşlı şagirdini bıçaqlayıb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan tələbənin dünyasını dəyişdiyi bildirilib.

Polis müəllimin əvvəllər depressiyaya görə məzuniyyətə çıxdığını və keçən ilin sonunda yenidən dərs deməyə başladığını bildirib.

Ayxan 

Oxşar Xəbərlər