İstanbulun Şişli rayonunda evin eyvanındakı kombidə yanğın baş verib. Çaxnaşma yaradan yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə saat 21:00 radələrində Gülbahar rayonu Karanfil Yorulmaz küçəsində yerləşən 8 mərtəbəli binanın 1-ci mərtəbəsində baş verib. Mənzilin eyvanındakı qazan naməlum səbəbdən yanmağa başlayıb. Qonşuların eyvandan qalxan alovu fərq etməsindən sonra hadisə yerinə polis və yanğınsöndürənlər gəlib.
Yanğınsöndürənlər binanın təbii qaz xəttini kəsərək yanğına müdaxilə edib. Binada olanlar ehtiyat tədbiri olaraq küçələrə çıxıblar. Yanğın yanğınsöndürənlərin qısa müdaxiləsi ilə söndürülüb. Balkondakı qazanın alov alması anı mobil telefon kamerası ilə lentə alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan