Almaniyada bir nəfər ictimai yerdə nasist salamı verdiyi üçün həbs edilib.
32gun.az bildirir ki, bu barədə Bild xəbər verirb.
Tabloidin məlumatına görə, insident fevralın 12-də Hamburq stansiyasından yola düşən regional qatarda baş verib. Saat 22:42 radələrində 43 yaşlı kişi sərnişinlərə qarşı yüksək səsli və aqressiv davranışı ilə diqqət çəkib. O, dəfələrlə və yüksək səslə “Heil Hitler” deyə qışqırıb.
Rahlstedt stansiyasında asayiş keşikçiləri vaqona daxil olub və bir neçə şahid hadisəni təsdiqlədikdən sonra şübhəli şəxsi saxlayıblar. Xuliqanda alkoqol sərxoşluğu əlamətləri görünsə də, o, alkotesterə nəfəs verməkdən imtina edib.
Alman qadağan edilmiş təşkilatların atributlarından istifadə etməkdə ittiham olunub. Onun hansı cəza ilə üzləşdiyi açıqlanmır.
Ayxan