DÜNYA ÖZ XƏBƏR

Ukrayna böhranının həlli Avropa üçün prioritet olmalıdır

Kelloq: Ukrayna münaqişəsinin uzunmüddətli həlli Avropadan asılıdır

Ukraynadakı münaqişənin həlli əsasən Avropa ölkələrindən asılıdır və onlar üçün prioritet olmalıdır.

32gun.az bildirir ki, bunu “Fox Business” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

"Bu, onların həyətyanı sahəsində baş verir və onların maraqlarına uyğundur ki, uzunmüddətli həllə nail olsunlar. Məhz buna görə biz Münhendəyik – ölkə rəhbərləri, xarici işlər nazirləri, baş nazirlər və prezidentlərlə danışıqlar aparmaq üçün. Əmin olmaq istəyirik ki, onlar bunu dərk edirlər və bizim işləməyə başladığımız razılaşmanın bir hissəsidirlər", – deyə Kelloq vurğulayıb.

O əlavə edib ki, Vaşinqton Avropadan iqtisadi, diplomatik və hərbi dəstək gözləyir. "Ümid edirəm ki, Münhen konfransının sonunda çox yaxşı razılaşmalara nail olacağıq və biz prezident Putin, prezident Zelenski və prezident Tramp ilə danışıqlarda irəlilədikcə hamı ayaqlaşacaq", – deyə Kelloq qeyd edib.

Ayxan 

Oxşar Xəbərlər