DÜNYA ÖZ XƏBƏR

Bir parkda bir kişi səkkiz yaşlı uşağa təcavüz edib

Sankt-Peterburqun mərkəzində tanımadığı şəxs uşağa təcavüz edib.

32gun.az bildirir ki, bu barədə Fontanka xəbər verib. 

Hadisə Zaqorodnıy prospektində yerləşən Caz meydanında baş verib. Qərib səkkiz yaşlı uşağa təcavüz edib - kişi uşağa toxunub.

Uşağın anası kömək üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Müstəntiqlər hadisə ilə bağlı seksual xarakterli zorakılıq maddəsi ilə cinayət işi açıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Bolşaya Moskovskaya küçəsindəki mənzildə müəyyən edərək saxlayıblar. Onun psixiatrda qeydiyyatda olan 46 yaşlı işsiz yerli sakin olduğu üzə çıxıb.

Şübhəli şəxs prosessual saxlanılıb. Hazırda təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Nilay 

Oxşar Xəbərlər