Dağıstanda kənd məktəbində keçirilən məktəb mərasimində Rusiya Federasiyasının və respublikanın ters çevrilmiş bayraqları qaldırılıb.
32gun.az xəbər verir ki, bu barədə “Подъем»” Telegram kanalı paylaşım edib.
Dağıstanın Axtınski rayonunun Lutkun kəndindəki məktəbə adı verilmiş Rusiya Qəhrəmanı, SVO-nun iştirakçısı Maqomedali Maqomedjanovun büstünün açılış mərasimində tərs bayraqlar qaldırılıb.
“Təəssüf ki, biz bunu yalnız sonda gördük. Tədbir zamanı bu düzəliş edilib. “Əvvəlcə yox, amma düzəldilib”, - deyə rayon rəhbərliyi bu vəziyyəti şərh edib.
Məktəb direktoruna töhmət verildiyi vurğulanır. Hadisəyə səbəb havanın soyuq olması və bayraq dirəyinin mərasimdən əvvəl rənglənməsi olub.
Ayxan