HƏMAS-ın çağırışı ilə Qəzza zolağının mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki Şuheda məscidi qarşısında toplaşan fələstinlilər Trampın Qəzzanı "ələ keçirmək" və fələstinliləri zorla köçürmək planı ilə bağlı ritorikasına reaksiya veriblər.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, aralarında uşaqların da olduğu bir çox fələstinli “Fələstin bizimdir, Qəzzə bizimdir, bu torpaq bizimdir, biz heç yerə getmirik, torpaqlarımızı tərk etməyəcəyik, Qəzza planlarınızı məhv edəcək, bu torpaq ancaq öz xalqını qucaqlayır” yazılı plakatlar qaldırıb .
Qəzzalılar köçkünlük planını qəti şəkildə rədd etdiklərini təkrarladılar və öz torpaqlarında qalmaq hüququna sadiq olduqlarını bir daha təsdiq ediblər.
HƏMAS lideri Əbdülrəhman əl-Camal AA-ya açıqlamasında "Köçkün planlarına yox deyirik. Qoy bütün dünya Fələstin xalqının qanuni sahibləri olduğunu, Qüdsün bizim şəhərimiz, tərk etməyəcəyimiz torpağımız olduğunu eşitsin" deyib.
Cemel heç bir şəraitdə torpaqlarını tərk etməyəcəklərini vurğulayıb. ABŞ prezidenti Donald Tramp Qəzzada ciddi dağıntıların olduğunu deyib və "Fələstinlilərin Misir və İordaniyaya yerləşdirilə biləcəyini" təklif edib.
Ayxan