DÜNYA ÖZ XƏBƏR

Yeniyetmə qızlar süpürgəçi kişini döyüblər

Perm şəhərində bir qrup yeniyetmə qız kişi süpürgəçiyə hücum edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, onlar iddia edirlər ki, kişi qızlardan birinə nalayiq mesajlar yazıb. Qızlar onu kameraya izahat verməyə məcbur ediblər, daha sonra tərk edilmiş evin zirzəmisinə apararaq təpikləyib, süpürgə ilə döyüblər. Hadisənin görüntüləri yayımlanıb.

Bundan əvvəl eyni qrup bir qızı da döymüşdü. Məktəb duş otağında baş verən hücuma görə “Döyülmə” maddəsi ilə cinayət işi açılıb. Polis son hadisə ilə bağlı araşdırma aparır.

Ayxan 

Oxşar Xəbərlər