DÜNYA ÖZ XƏBƏR

Almaniya müdafiə naziri ABŞ rəsmisinin Avropa ilə bağlı sözlərini tənqid edib

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Dövlət Departamentinin rəhbəri Cey Di Vensin Avropadakı rejimləri avtokratik idarəetmələrlə müqayisə etməsini qəbuledilməz adlandırıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o,  Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Vensin demokratiyanın məhv edilməsi ilə bağlı fikirlərinə sərt reaksiya verib.

Vens Avropada nəzarətsiz miqrasiyaya qarşı çıxan insanların fikirlərinin nəzərə alınmadığını bildirib və qitənin siyasi kursunu dəyişməli olduğunu vurğulayıb.

Bundan əvvəl Elon Mask Almaniyada sağçı AfD partiyasının hakimiyyətə gəlməsinin ölkəni xilas edəcəyini demiş, hətta partiya lideri Alisa Vaydelin “Avropanı yenidən böyük edək” şüarını paylaşmışdı.

Nilay 

Oxşar Xəbərlər