Kocaəlinin Körfez rayonunda bir evin eyvanında yandırılan manqal damda yanğına səbəb olub. Qısa müddətdə hadisə yerinə gələn xilasedicilər yanğına müdaxilə edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailə nahar etmək üçün eyvanda manqal yandırıb və az sonra evi tüstü bürüdüyünü görüblər. Dörd nəfərdən ibarət ailə təşviş içində bayıra çıxıb və evlərinin dam örtüyünün yandığını görüblər. Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə xilasetmə, sağlamlıq, İzqaz və polis əməkdaşları sövq edilib.
Qısa müddətdə hadisə yerinə gələn xilasetmə əməkdaşları dam örtüyünə müdaxilə edib.
Nilay