DÜNYA ÖZ XƏBƏR

Kondisioner FACİƏSİ: 56 yaşlı qadın dünyasını dəyişib

Antalyanın Aksu rayonunda otaqda kondisionerin partlaması nəticəsində yanğın baş verib. Yanğın zamanı 56 yaşlı qadın ölüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə  Kürşünlü məhəlləsində baş verib. İddiaya görə, Fatma Sərginin (56) otağında kondisioner yatarkən partlayıb. Partlayışdan çıxan qığılcımlar Sərginin düz kondisionerin altında yatan yorğanına keçib və alov bir anda bütün çarpayını bürüyüb. Artıq çəkisi olduğu deyilən Fatma Sərgin olduğu yerdən qalxa bilmədiyi üçün otaqdan çıxa bilməyib.

Evdə olan oğlu qatı tüstünü görüb və anasının otağına qaçıb. Yanğına və alova bürünən çarpayıya müdaxilə etməyə çalışan oğlu anasını xilas edə bilməyib. Xəbərdarlıq əsasında hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Qruplar, bədbəxt qadının həyatını itirdiyini təyin edib. 

Fatma Sərginin iki uşaq anası olduğu və bir müddətdir bağırsaq xərçəngi ilə mübarizə apardığı öyrənilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər