DÜNYA ÖZ XƏBƏR

Evində sümükləri tapılan qadınla bağlı ürəkağrıdan təfərrüat: 3 deyil, 10 ildir...

İzmirdə tək yaşadığı evində sümükləri tapılan təqaüdçü tibb bacısı 87 yaşlı  Gülşen Çoğulunun ölümü ilə bağlı təfərrüatlar ortaya çıxıb.

32gun.az "Sabah”a istinadən xəbər verir ki, Gülşen Çoğulunun 23 ildir tək yaşadığı bildirilib.

Gülşen Çoğuluya çata bilməyən ögey oğlu R.Ç vəziyyəti polisə xəbər verib.

Qapını çilingər tərəfindən açan polis qrupları zibillə örtülmüş mənzilə daxil olub və içəriyə baxış keçirərkən yataq otağındakı çarpayıda paltarları qismən çürümüş Gülşen Çoğulunun sümüklərini aşkar ediblər.

Hadisə yeri araşdırma qrupları tərəfindən aparılan işdə Çoğulunun uzun müddət əvvəl öldüyü və bədənindən yalnız sümüklərin qaldığı müəyyən edilib.

İlk müayinədə onun 3 il əvvəl deyil, təxminən 10 il əvvəl vəfat etdiyi məlum olub. DNT uyğunluğu üçün anasının məzarı açılacaq.

Nilay 

Oxşar Xəbərlər