İlon Mask tənqidlərə cavab verdi: "Öz platformamda təhqirlərə dözürəm"
32gun.az bildirir ki, amerikalı milyarder, ABŞ hökumətinin səmərəliliyini artırmaq üzrə agentliyinin (DOGE) rəhbəri İlon Mask sosial şəbəkə X-də ona yönələn tənqidlərə münasibət bildirib.
"Mənə məxsus olan platformada davamlı təhqirlərə məruz qalmağım məni sonsuz dərəcədə əyləndirir", – deyə Mask yazıb. Lakin o, konkret tənqid nümunələri göstərməyib.
Bundan əvvəl, 30 yanvarda aparılan sorğulara görə, amerikalıların 53%-i Maskın Ağ Evdə iştirakına qarşı olduğunu, 39%-nin isə onu dəstəklədiyini göstərib. Respublikaçılar Partiyasının tərəfdarlarının 73%-i Maskın mövcud rolunu təsdiqlədiyi halda, demokratların 90%-i ona mənfi yanaşır.
5 fevralda isə ABŞ Maliyyə Nazirliyinin binası qarşısında Maskın ölkənin xəzinəsinə çıxışına etiraz aksiyası keçirilib. Hadisə yerindən foto və videolar sosial şəbəkələrdə yayılıb.
Ayxan