DÜNYA ÖZ XƏBƏR

Sərxoş kişi keçmiş sevgilisinin televizorunu oğurlayıb

Oxa şəhərində bir kişi keçmiş sevgilisinin evini qarət etdiyinə görə məhkəmə qarşısına çıxacaq. O, qadının televizorunu oğurlayaraq satıb. 

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Saxalin vilayətinin Daxili İşlər İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə 2024-cü ilin dekabrında baş verib. Təqsirləndirilən şəxs dostu ilə içki içərkən keçmiş sevgilisinin evini qarət etmək qərarına gəlib. O, açar dublikatından istifadə edərək mənzilə daxil olub və 20 min rubl dəyərində televizoru oğurlayaraq satıb.

Polis əməkdaşları televizoru alan şəxsi müəyyənləşdirərək oğurlanan əşyanı sahibinə qaytarıblar. Cinayət işi məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs beş ilədək həbs cəzası ala bilər.

Nilay 

Oxşar Xəbərlər