Tokatda ata-oğul mübahisəsi zamanı qan tökülüb.
Ata 17 yaşlı oğlunu çapacaqla öldürüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kırkkızlar məhəlləsi, Nərman küçəsində qeydə alınıb. Ata N.A ilə oğlu Berat Akbulut (17) arasında mübahisə düşüb. Mübahisə qısa zamanda davaya çevrilib. Dava səslərini eşidən məhəllə sakinləri vəziyyəti polisə xəbər verib. Hadisə yerinə gələn polis qrupları Berat Akbulutun cansız cəsədini tapıb. İddia edilib ki, ata N.A oğlunu çapacaqla vuraraq öldürüb. Hadisə yeri araşdırma qrupları iş başlatarkən, ata NA nəzarətə alınıb.
Ayxan