DÜNYA ÖZ XƏBƏR

Sankt-Peterburqda əcnəbi azyaşlıları fahişəliyə cəlb edib

Sankt-Peterburqda əcnəbi vətəndaşın yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etməsi ilə bağlı xəbərdən sonra araşdırma aparılır.

32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib .

“Rusiya İstintaq Komitəsinin sədri Sankt-Peterburqda azyaşlıların fahişəliyə cəlb edilməsi ilə bağlı məlumatın araşdırılması barədə məlumatlandırılacaq”, - deyə məlumatda bildirilir.

Sosial şəbəkələrdə Şimali paytaxtda əcnəbinin azyaşlıları da cəlb edərək fahişəlik təşkil etməsi ilə bağlı məlumatlar yayılıb.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin rəisinə prosessual istintaqın gedişi və müəyyən edilmiş hallar barədə məlumat vermək tapşırılıb.

Ayxan 

Oxşar Xəbərlər