Adanada bərbər dostunu iş yerinə ziyarətə gələn şəxs silahla qarnından güllələnərək öldürülüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə saat Yüreğir rayonunun Havutlu məhəlləsində baş verib. İddiaya görə, Onur Nursoy (24) adı öyrənilə bilməyən bərbər dostunun iş yerini ziyarət etməyə gedib.
Ziyarət zamanı Nursoya naməlum şübhəli və ya şübhəli şəxslər tərəfindən silahla hücum edilib. Hücum zamanı açılan atəş nəticəsində Onur Nursoy qarnından güllə yarası alaraq yerə yıxılıb. Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq və polis əməkdaşları sövq edilib.
Hadisə yerinə gələn sağlamlıq qrupları Nursoyun öldüyünü müəyyən edib. Polisin araşdırmasının ardından Onur Nursoyun cansız bədəni yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Polis hadisəni törədən şəxs və ya şəxslərin tutulması üçün araşdırmalara başlayıb.
Nilay