Nijni Novqorodda zərgərlik mağazasına silahla daxil olaraq qızıl-zinət əşyaları olan nimçələri aparan şəxs saxlanılıb.
32gun.az bildirir ki, bu barədə “Ni Mash” Telegram kanalı məlumat yayıb.
Hadisə Filçenkova küçəsində yerləşən ticarət mərkəzində baş verib; Satıcıları silahla hədələyərək vitrin qabını sındırıb, iki nimçə qızıl-zinət əşyaları götürüb və gözdən itib. Ümumi zərər 1,4 milyon rubl təşkil edib.
Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb, o, oğurladığı qızılları evin çardağında gizlədib, lakin satmağa vaxt tapmayıb. Əvvəllər məhkum olunmuş soyğunçu barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi açılıb, təqsirləndirilən şəxsi 12 ilədək həbs cəzası gözləyir.
Nilay