Avcılarda plastik emalı zavodunda güclü yanğın baş verib.
32gun.az Türkiyə mətbuatına istinadən bildirir ki, İtanbulun Avcılar səmtinin Tahtakale məhəlləsində plastik emalı zavodunda yanğın baş verib. Gecəni işıqlandıran alovlara qruplar müdaxilə etməyə davam edir.
Tahtakale rayonu Qaffar Okkan küçəsində yerləşən plastik təkrar emalı müəssisəsində naməlum səbəbdən yanğın baş verib . Obyektdəki plastik materialların təsiri ilə alov sürətlə böyüyüb.
Yanğın nəticəsində obyektin ətrafında sıx tüstü yaranıb.
Xəbərdarlıq üzərinə Avcılar, Başakşehir, Büyükçekmece və Bağcılar da daxil olmaqla 20 fərqli rayondan xilasetmə qrupları bölgəyə göndərilib.
Xəbərdarlıq üzərinə Avcılar, Başakşehir, Büyükçekmece və Bağcılar da daxil olmaqla 20 fərqli rayondan xilasetmə qrupları bölgəyə göndərilib.
Qruplar yanğının obyektə bitişik olan yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısını almaq üçün tədbir görüb. Obyektin yerləşdiyi küçə ehtiyat tədbiri olaraq avtomobillərin və piyadaların hərəkəti üçün bağlanıb.
Yanğınsöndürənlər yanğını söndürməyə davam edir.
Ayxan