Nevşehirdə dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kişi keçmiş nişanlısını mübahisə etdikdən sonra silahla öldürüb, sonra isə intihar edib.
Hadisə Cevher Dudayev məhəlləsində, Yasemin küçəsində yerləşən Eras Sitesi yaşayış məskənində baş verib və Mustafa Baltaş (26) ilə keçmiş nişanlısı Beyza Akdoğan (21) arasında mübahisə yarandığı iddia edilib.
Mübahisə böyüyərkən Mustafa Baltaş Beyza Akdoğana tüfənglə atəş açıb, daha sonra özünə atəş açıb. Beyza Akdoğanın iqamətgahdakı qohumları xəbər verdikdən sonra hadisə yerinə səhiyyə və polis əməkdaşları göndərilib.
Həkim qruplarının ilk müdaxiləsi zamanı Mustafa Baltaş və Beyza Akdoğanın həyatını itirdiyi müəyyən edilib. Hadisədən sonra gənc qadının yaxınları əsəb böhranı keçirib.
Müayinədən sonra meyitlər morqa aparılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Nilay