DÜNYA ÖZ XƏBƏR

7 oğlana təcavüz etməkdə ittiham olunan karateçi həbs edilib

Kazanda məhkəmə uşaqları təcavüzdə təqsirləndirilən Krasnodarlı tələbə barəsində həbs qətimkan tədbiri seçib .

32gun.az bildirir ki, KazanFirst bu barədə məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir.

Gəncin barəsində 25 mart 2025-ci il tarixinədək həbs qətimkan tədbiri seçilib.

Nəşrin yazdığına görə, gənc uşaqları korlamaqla yanaşı, qurbanların 10-16 yaşları arasında baş verənləri də lentə alıb . 

İlkin məlumata görə, 18 yaşlı karateçi 2022-ci ildən uşaqlara təcavüz edir . Ümumilikdə onun əməlindən yaşı 16-dan az olan yeddi oğlan zərər çəkib. O, məktəblilərlə tələbə komandasının dəvət olunduğu karate turnirlərində tanış olub.

Hadisə ötən il Tatarıstanda keçirilən yarışmada 15 yaşlı yeniyetmənin valideynlərinin oğullarına qarşı zorakılıq barədə məlumat verməsindən sonra üzə çıxıb . Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərə tələbənin qarışdığını ehtimal ediblər.

Gənc saxlanılandan sonra o, ifadə verməkdən imtina edib və təqsirini boynuna almayıb.

Ayxan 

Oxşar Xəbərlər