Krasnodarda yeniyetmələr arasında narkotik pullarının bölüşdürülməsi dava ilə nəticələnib. Hadisə şəhər meriyasının qarşısında baş verib.
32gun.az xəbər verir ki, beş 16 yaşlı gənc arasında yaranan mübahisə zamanı onlardan biri bıçaq çıxararaq iki nəfəri bıçaqlayıb və hadisə yerindən qaçıb. Daha iki nəfər də ərazini tərk edib.
Yaralı gənclərə ərazidə olan mühafizə xidməti əməkdaşları və təsadüfi şahidlər kömək ediblər. Onlardan birinin yarası sıxılıb, hər ikisi huşsuz vəziyyətə düşməmələri üçün nəzarətdə saxlanılıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin sinəsindən, digərinin isə ürək nahiyəsindən bıçaqlandığı bildirilir. Həkimlər hər iki yeniyetmənin travmatik şok keçirdiyini qeyd edib.
Hadisə ilə bağlı istintaq aparılır.
Ayxy