DÜNYA ÖZ XƏBƏR

Meşəlik ərazidə dəhşətli mənzərə - Vətəndaşlar baş verənlərə təəccüblənib

İstanbulun Arnavutköy rayonunda meşəlik ərazidə vətəndaşlar tərəfindən kişi meyiti aşkar edilib. 

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə axşam saatlarında Haraççı-Hadımköy yolunda, Hadımköy məhəlləsində baş verib. Daxil olan məlumata görə, küçədə köhnə hərbi sahədə meyit tapıldıqdan sonra vətəndaşlar 112 Təcili Xidmət Mərkəzinə müraciət ediblər. Xəbərdarlıq üzərinə hadisə yerinə polislər sövq edilib.

Hadisə yeri araşdırma qruplarının araşdırmasından sonra cəsədin xarici ölkə vətəndaşına aid olduğu müəyyən edilərək Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Polis bölmələri ölümün səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Ayxan 

Oxşar Xəbərlər