DÜNYA ÖZ XƏBƏR

Gənc kardioloq infarktdan dünyasını dəyişib

Tokat Gaziosmanpaşa Universiteti Tibb Fakültəsi Kardiologiya Bölümündə çalışan  27 yaşlı Dr.Ahmet Şimşək dünən gecə keçirdiyi infarkt nəticəsində həyatını itirib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Evli və iki uşaq atası olan Şimşək üçün işlədiyi xəstəxanada mərasim keçirilib.

Mərasimdə rektor prof. Dr. Fatih Yılmaz, Prorektor Prof. Dr. Mücahit Eğri, Tibb Fakültəsi Dekanı Prof. Dr. Raşit Kılıç, Universitet Xəstəxanasının Baş Həkimi Prof. Dr. Erkan Gökçe və ailəsi, alimlər, inzibati heyət və iş yoldaşları qatılıb. 

Dr. Mərasimdən sonra Ahmet Şimşəkin cənazəsi dəfn olunmaq üçün məmləkəti Kayseriyə aparılıb.

Nilay 

Oxşar Xəbərlər