Türkiyədə DEM Partiyası bölgə sədri Alya Akkuş İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İğdır Respublika Prokurorluğu və İğdır İl Polis Şöbəsi tərəfindən koordinasiyalı şəkildə aparılan iş nəticəsində DEM Partiyasının bölgə sədri Alya Akkuş “Silahlı Terror Təşkilatına üzv olmaq” ittihamı ilə evində saxlanılıb. Akkuşun evində aparılan axtarışlar zamanı rəqəmsal materiallar ələ keçirilib.
Bölgə sədri Alya Akkuş sonrakı prosedurlar üçün Polis İdarəsinə təhvil edilmək üçün təyyarə ilə İstanbula göndərilib.
Ayxan