DÜNYA ÖZ XƏBƏR

Papa Fransiskin vəziyyəti ağır hesab edilir

Papa Fransiskin vəziyyəti çətinləşib.

32gun.az bildirir ki, bu barədə Vatikandan  məlumat verib.

Məlumata görə, aparılan müayinələr nəticəsində onun iki tərəfli pnevmoniya başlanğıcı olduğu müəyyən edilib.

Papa  Fransisk 14 fevral, cümə günü xəstəxanaya yerləşdirilib. Bu səbəbdən o, Slovakiyanın Baş Naziri Robert Fico və CNN-in baş direktoru Mark Tompson ilə görüşləri təxirə salıb. Sonrakı məlumatlara əsasən, Papa Fransiskin vəziyyəti qənaətbəxş qalmaqdadır.

Xatırladaq ki, 16 yanvarda Papa Fransisk sağ qolunu yıxılaraq zədələmişdi. Qolunun hərəkətsizləşdirilməsi təhlükəsizlik məqsədilə həyata keçirilib. Dekabr ayında isə Papa çənəsini zədələyərək, əşyaya çırpılmışdı.

Ayxan 

Oxşar Xəbərlər