Hazırda Avropa ölkələri uzaqmənzilli sursatların kritik çatışmazlığını yaşayır.
32gun.az bildirir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti NATO rəsmilərinə istinadən məlumat yayıb
"NATO rəsmiləri bildiriblər ki, Avropa uzun mənzilli sursatların və irimiqyaslı hərbi logistik platformaların ciddi çatışmazlığı ilə üzləşib"-deyə qeyd edilib.
Yanvarın sonunda Almaniya kansleri Olaf Şolz demişdi ki , Avropa müdafiə xərclərini artırmalı və NATO-nun Avropa sütununu gücləndirməlidir. O, həmçinin regionda daha güclü müdafiə sənayesinin yaradılması ilə bağlı müzakirələrin aparılmasına çağırıb.
Fevralın 17-də Polşanın PAP xəbər agentliyi Aİ-nin Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün yeni variantı nəzərdən keçirəcəyini , o cümlədən Aİ üzvlərinin könüllü töhfələrini və dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri əhatə edəcəyini bildirdi . Avropa səfirləri fevralın 18-də yeni fondun yaradılmasını müzakirə etməyi planlaşdırırdılar.
Nilay