DÜNYA ÖZ XƏBƏR

Zelenski Trampın ABŞ-a 500 milyard dolların qaytarılması tələbi barədə: "Ciddi söhbət deyil”

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Vaşinqtonun 500 milyard dollarlıq mineral ehtiyatları qaytarmaq tələbi “ciddi söhbət deyil”.

32gun.az bildur ki, o, bu barədə CNN Türk-ə müsahibəsində bildirib .

Ukrayna lideri qeyd edib ki, ABŞ Kiyevi 67 milyard dollar dəyərində silahla təmin edib, amerikalıların büdcə dəstəyi isə 31,5 milyard dollar təşkil edib.

Bundan əlavə, Zelenski nadir torpaq metalları müqabilində Vaşinqtondan təhlükəsizlik zəmanəti istədiyini bildirib. ABŞ-ın daha əvvəl təklif etdiyi sənəddə, Ukrayna prezidentinin dediyi kimi, zəmanətlər haqqında bir kəlmə də yoxdur.

Fevralın 15-də Tramp Ukraynaya ABŞ-a nadir torpaq ehtiyatlarının 50%-nə çıxış imkanı verəcək razılaşma təklif etdi . Bu metallara skandium, itrium, lantan və başqaları kimi 17 element daxildir. Bunun müqabilində ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti vəd edib.

Tramp qeyd edib ki, sövdələşmənin gözlənilən həcmi 500 milyard dollardır. Nəticədə Zelenski faydalı qazıntılar üzrə sazişi imzalamaqdan imtina etdi və Ukrayna ABŞ-a faydalı qazıntıların hasilatı ilə bağlı müqavilə üçün öz şərtlərini təklif edib. 

Ayxan 

Oxşar Xəbərlər