DÜNYA ÖZ XƏBƏR

Dəhşət: İti öldürüb, çuvalda küçəyə atıblar

Kayseridə 5 yaşlı iti naməlum şəxslər ayağından bağlayaraq güllələyərək öldürüb və çuval içində küçəyə atıblar.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Kayseri Heyvanları Qoruma Dərnəyindən açıqlama verilib.

Hadisənin təfərrüatında qeyd edilib:

Melikqazi rayonu Kıranardı məhəlləsində Fatih Sultan Mehmet küçəsində yerləşən bağ evində Semih S.-nin bəslədiyi 5 yaşlı Cane Corso itini hərəkətsiz vəziyyətdə görənlər səlahiyyətlilərə xəbər verib. Xəbərdarlıq üzərinə hadisə yerinə polis qrupları sövq edilib. İtin naməlum şəxs və ya şəxslər tərəfindən ayaqları bağlanaraq çuvalda küçəyə atılaraq öldürüldüyü müəyyən edilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Kayseri Heyvanları Qoruma Dərnəyindən (KAYHAKDER) edilən şərhdə, "İtin 4 ayağının bağlanması, silahla öldürülməsi" hadisəsi ilə əlaqədar Heyvan Vəziyyətinə Nəzarət (HAYDİ) qrupları tərəfindən götürülən it, Kayırğa mahalının N. Kərdiyə mahalında yol kənarına qoyulub eri, 18.02.2025 tarixində yarılma edilmək üzrə Erciyes Universiteti Baytar Fakültəsi Patoloji şöbəsinə təslim edildi." deyə  qeyd edilib.

Ayxan 

Oxşar Xəbərlər