Kocaelinin Karamürsel mahalında patrul xidməti edən polis əməkdaşları uçurumdan aşıb. Dəhşətli qəzada yaralanan 2 əməkdaşı xəstəxanaya aparılıb.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Karamürsel rayonu, Aşıklar təpəsində baş verib. Məlumata görə, qar yağışının təsirli olduğu bölgədə polis əməkdaşları patrul xidməti edib.
Hadiəsənin təfərrüatında qeyd edilir:
Rayonun yüksək dağlıq ərazisində hərəkət edən polis avtomobili sürüşkən yolda sürücünün sükanı itirməsi nəticəsində uçurumdan aşıb. İki əməkdaşı uçuruma aşan avtomobildə sıxışıb qalıb.
Qəzanın şahidi olan vətəndaşlar vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq, xilasetmə, polis və UMKE qrupları sövq edildi. Xilasetmə, UMKE və polis əməkdaşlarının uzun səyləri nəticəsində avtomobildə sıxışmış iki jandarma işçisi olduqları yerdən çıxarılıb. Sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya aparılıb. Jandarma personalının sağlamlıq durumunun yaxşı olduğu öyrənilib.
Ayxan