DÜNYA ÖZ XƏBƏR

Ağ Ev: "Böyük müharibələr dövrü bitdi"

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sonsuz müharibələr erasının başa çatdığını bildirib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, O, tərəflərin münaqişəni bitirmək üçün öhdəlik götürməli olduğunu vurğulayıb.

Bu açıqlama Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskini “uğursuz komediyaçı” və “seçkisiz diktator” adlandırmasından sonra gəlib. Tramp Zelenskini ABŞ-ı uduzulacaq müharibəyə sürükləməkdə ittiham edib və onun hakimiyyətini qorumaq üçün seçkilərdən imtina etdiyini söyləyib.

Rusiya prezidenti Vladimir Putin isə Zelenskinin legitimliyini şübhə altına alaraq, onun Moskva ilə danışıqları qadağan edən fərmanını yalnız Ali Radanın ləğv edə biləcəyini bildirib. O, Rusiyanın dialoqa açıq olduğunu vurğulayıb.

Ayxan 

Oxşar Xəbərlər