DÜNYA ÖZ XƏBƏR

Məktəbli bıçaqla yaralandı, cinayət işi açıldı

Krasnodar diyarında məktəbli bıçaqla yaralandı, cinayət işi açıldı

Rusiyanın Krasnodar diyarında məktəbdə baş verən insidentlə bağlı cinayət işi açılıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, məktəbli dərs fasiləsi zamanı bıçaqla yaralanıb.

Hadisə 18 fevralda Temryuk şəhərindəki 13 nömrəli məktəbdə baş verib. İlkin məlumatlara əsasən, iki şagird arasında dava düşüb və onlardan biri onlayn platformadan aldığı vizitkart bıçağı ilə digərini yaralayıb. Yaralıya xəstəxanada tikiş qoyulub.

İstintaq hadisəni səhlənkarlıq maddəsi ilə araşdırır. Məktəb rəhbərliyi isə davanın olmadığını, şagirdin qələm itiləmək üçün istifadə edilən ləvazimatın bıçağına toxunaraq yaralandığını iddia edir.

Ayxan 

Oxşar Xəbərlər