DÜNYA ÖZ XƏBƏR

"Ukraynada seçkilər üçün vaxt çərçivəsi müəyyən edilməlidir"

Britaniyanın sağ populist Reform UK partiyasının lideri Naycel Faraj Ukraynada seçkilər üçün konkret vaxt çərçivəsinin müəyyən edilməsinin vacib olduğunu bildirib.

32gun.az bildirir ki, O, bu fikrini GB News kanalına açıqlamasında səsləndirib.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq da fevralın 1-də Kiyevin ilin sonuna qədər həm parlament, həm də prezident seçkiləri keçirməli olduğunu vurğulayıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin isə bu təklifi tənqid edərək, onu Rusiyaya qarşı əlavə tədbirlər olmadan “uğursuz plan” adlandırıb.

Qeyd edək ki, Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatsa da, ölkədə hərbi vəziyyət səbəbindən yeni seçkilər təyin edilməyib.

Ayxan 

Oxşar Xəbərlər