Sankt-Peterburq Pediatriya Universitetinin klinikasının həkimləri püstə qabığında boğulan Velikiy Novqorodlu bir yaş yarım uşağı xilas ediblər.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Balaca uşaq valideynlərinin nəzarəti altında püstə yeyərkən qozun ləpəsini udub və təsadüfən qabığını ciyərlərinə çəkib. Böyüklər oğlunun nəfəs almaqda çətinlik çəkdiyini görüb Velikiy Novqorod Regional Xəstəxanasına gediblər, həkimlər uşağı Pediatriya Universitetinə aparmaq qərarına gəliblər.
“Bu zaman əsas bronxlardan biri olan sol bronx bloklanıb. "Sol ağciyər demək olar ki, tamamilə nəfəs almağı dayandırdı"- Pediatriya Universitetinin endoskopiya şöbəsinin müdiri Aleksey Meşkov deyib.
Cəmi 10 dəqiqə ərzində klinikanın mütəxəssisləri endoskopik avadanlıq vasitəsilə yad cismi çıxara biliblər. Balaca xəstənin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
Ayxan