Türkiyə Xarici işlər naziri Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı üçün gəldiyi Cənubi Afrika Respublikasında təmaslarını davam etdirir.
32gun.az Türkiyə mediasına istinadən bildirir ki, Nazir Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Diplomatik mənbələr görüşdə Ukrayna-Rusiya müharibəsinin bitməsi prosesinin qiymətləndirildiyini və bu çərçivədə son danışıqların müzakirə edildiyini bildirib.
Ayxan