ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin hərəkətlərindən məyus olub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki , bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Vals bildirib.
Vals Zelenskinin dediyi təhqirlərin qəbuledilməz olduğunu vurğulayıb. O, əlavə edib ki, Ukrayna prezidenti resurslarla bağlı saziş üzərində konstruktiv işləmək əvəzinə ABŞ-a qarşı meydan oxuyan ritorikadan istifadə etməyə üstünlük verib.
Ayxan