DÜNYA ÖZ XƏBƏR

Polis maşınında tapança ilə özünü başından vurdu - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Ötən gecə Türkiyənin  Karaman bölgəsin də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün alkoqol testindən keçirilməsi üçün polis maşınına mindirilən Murat Kara özünü başından vurub.

Üstü kobud şəkildə yoxlanılan  Murat Karanın belində gizlətdiyi tapançaya diqqət yetirilməyib.

Bütün müdaxilələrə baxmayaraq, Karanı xilas etmək mümkün olmayıb və həyatını itirib.

AW396174_02

32gun.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə ötən gecə saat 22.15 radələrində baş verib. Alınan məlumata görə, Murat Karanın (27) idarə etdiyi avtomobil Mansurdede Məhəlləsində Atatürk Bulvarında orta zolağa çıxaraq qəza törədib.

AW395681_03

Xəbərdarlıqdan sonra hadisə yerinə yol polisi briqadası göndərilib. Şəxs sərxoş olduğu üçün qanuni tədbir görülməsi üçün rəsmi polislər tərəfindən maşına mindirilən Murat Kara avtomobilin saxlama otağında belinə gizlətdiyi tapança ilə başına atəş açıb. 

Həkimlər tərəfindən hadisə yerində ilkin tibbi yardım alan Murat Kara daha sonra Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsində müalicə alan Murat Kara bütün müdaxilələrə baxmayaraq həyatını xilas edə bilməyib və həyatını itirib.

Karanın cansız bədəni yarılma üçün xəstəxana meyitxanasına aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Ayxan

Oxşar Xəbərlər