DÜNYA ÖZ XƏBƏR

Borca görə diş həkiminin başından silahla güllələyib - Görüntünü anasına göndərib

İzmirin borc üstündə mübahisə zəminində  diş həkimi Mehmet Emrah Düşmez (49) silahla başından vurulub və ağır yaralayıb. Hücum edən şəxs qanlar içində olan Düşməzin videosunu çəkərək diş həkiminin anasına göndərib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Alsancak rayonu, Kültür məhəlləsində, Əli Çetinkaya bulvarında yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə baş verib. Borc və alacaq zəminində mübahisə etdiyi M.A-nın İzmir Alsancak Ağız və Diş Sağlamlığı Mərkəzində diş həkimi olduğu öyrənilən Mehmet Emrah Düşmezin yaşadığı mənzilə gəldiyi iddia edilib. İkili arasında yaranan mübahisə davaya çevrildikdən sonra M.A tapança ilə Düşməzin başından atəş açıb. Daha sonra şübhəli Düşməzin telefonunu götürərək qan içində olduğunu videoya çəkərək Düşməzin anasına göndərib və qaçıb.

Oğlunun güllələndiyini görən kədərli ana vəziyyəti polisə xəbər verib. Xəbər verildikdən sonra hadisə yerinə həkim və polis qrupları göndərilib. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilk tibbi yardım göstərildikdən sonra Düşməz Alsancak Nevvar Saleh İşgören Dövlət Xəstəxanasına aparılıb. İzmir Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları, şübhəlini Basmane mahalında tutaraq nəzarətə götürdü. Şübhəlinin polisə verdiyi ilk ifadəsində Düşməzlə iş gördüyünü və Düşməzin onu aldadaraq ona ziyan vurduğunu dediyi öyrənilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Nilay 

Oxşar Xəbərlər