DÜNYA ÖZ XƏBƏR

Havada panika yaradan ANLAR: Təlim təyyarəsi tarlaya təcili eniş edir

Ankaranın Polatlı rayonunda təlim təyyarəsi texniki nasazlıq səbəbindən əkin sahəsinə məcburi eniş edib. Təyyarənin pilotları qəzadan sağ-salamat xilas olublar.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikimühərrikli təlim təyyarəsi uçuş zamanı mühərrikində nasazlıq yaranıb. Pilot təyyarənin təhlükəsiz eniş etməsi üçün ən uyğun ərazini təyin edib və sahəyə doğru istiqamət alıb. Yüksək Sürətli Qatar xətti yaxınlığındakı sahəyə uğurla eniş edən təyyarənin pilotları qəzadan xəsarət almadan xilas olublar.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb və təyyarənin texniki nasazlığının səbəbi ilə bağlı araşdırmaların davam etdiyi öyrənilib.

Ayxan 

Oxşar Xəbərlər