ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini tənqid etməsinə baxmayaraq , onunla gələcək təmaslara açıq olduğunu bildirib.
32gun.az bildirir ki, Amerika lideri bu barədə Fox News radiosuna müsahibəsində bildirib.
Ağ Ev rəhbəri Zelenski ilə telefon danışığının mümkünlüyündən danışarkən, "Bəli, əlbəttə ki, onun zənginə cavab verəcəm" deyib.
Tramp həmçinin qeyd edib ki, o, “oyun oynamır”.
Eyni zamanda, Amerika lideri Ukraynadakı böhranın sülh yolu ilə həlli ilə bağlı görüşlərdə Zelenskinin “o qədər də vacib olmadığını” bildirib . ABŞ prezidenti həmçinin əlavə edib ki, ukraynalı siyasətçinin Rusiya ilə danışıqlar aparmaq üçün “qolunu yuxarı qaldırmır”.
Digər şeylər arasında Tramp Zelenskinin danışıqlar prosesi baxımından çox zəif iş gördüyünü iddia edib.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, heç kim Ukrayna tərəfini danışıqlar prosesindən kənarda qoymağı planlaşdırmır.
Ayxan